BİOLOGİYA FƏNNİ
KURİKULUMU
(VI-XI siniflər)
Giriş
Biologiya fənn kurikulumu və onun xarakterik cəhətləri. Biologiya fənn kurikulumu ölkəmizdə aparılan təhsil islahatının yerinə yetirilməsi istiqamətində görülmüş işlərdən biri kimi meydana çıxmışdır.
Özündə dünyanın
mütərəqqi ölkələrinin təhsil təcrübələrini ümumiləşdirən bu sənəd bilavasitə şagirdlərin bir şəxsiyyət kimi formalaşmasına istiqamətlənməklə özünün humanist, demokratik və inteqrativ xarakterinə görə fərqlənir. Orada məzmun standartlarının, təlim strategiyalarının, qiymətləndirməyə dair məzmun, vasitə və mexanizmlərin verilməsi onun həm də kompleks bir sənəd olduğunu göstərir.
Biologiyadan
yeni məzmunun nəticələr (məzmun standartları) formasında
verilməsi
kurikulum sənədinin demokratik xarakterindən irəli gəlir. Müəllimlərə nəticələrin bir standart tələb kimi verilməsi onlara fəaliyyətində sərbəst olmağa, müvafiq təlim strategiyaları seçməyə, yaxud öz imkan və şəraitlərinə uyğun təlim strategiyaları hazırlamağa
imkan yaradır. Yaxud müasir dərsliklərin, digər resursların hazırlanmasını
istiqamətləndirir.
Biologiya fənni üzrə yeni məzmunda insan, onun sağlamlığı,
insanın sosial mahiyyəti,
insan və təbiət münasibətləri, insanın psixoloji xüsusiyyətlərinə aid həyati əhəmiyyəti olan ən zəruri bilik və bacarıqlar əhatə olunur.
Kurikulumda
canlıların hüceyrədən biosferədək təşkili səviyyələri, canlılar aləminin kimyəvi və bioloji təkamülü, irsi dəyişikliklərin qanunauyğunluqları, ekoloji
problemlər, onun dərkedilməsi və həlli yolları sadədən mürəkkəbə doğru istər mərhələlər, istərsə də siniflər üzrə şaquli və üfiqi inteqrasiya nəzərə alınmaqla təqdim edilir. Şagirdin tədqiqatçılıq bacarıqları,
inkişaf etdirilir. Onun məlumatları
ümumiləşdirmək, eksperimentlər aparmaq, məruzə, referat, təqdimatlar hazırlamaq, bitkiləri becərmək, heyvanları bəsləmək və insan sağlamlığını qorumaq
bacarıqları formalaşır.
Biologiya fənn kurikulumunda şagirdlərin məntiqi təfəkkürünün,fənlə bağlı həyati bacarıqlarının inkişaf
etdirilməsi,
inteqrativlik, sadədən mürəkkəbə doğru inkişaf, məzmun və fəaliyyətin qarşılıqlı əlaqəsinin təşkili, fənnin tədrisində yeni texnologiyaların tətbiqinin təmin edilməsi məsələləri nəzərdə tutulur.
Fənnin əhəmiyyəti, məqsəd və vəzifələri. Orta ümumtəhsil məktəblərinin başlıca vəzifəsi gəncləri həyatı və özünü dərk edə bilən bir şəxsiyyət kimi yetişdirməkdən ibarətdir. Ümumi təhsil fənləri bu vəzifənin yerinə yetirilməsində xüsusi rol oynayır. Biologiya
bu fənlərdən biri olmaqla canlılar aləmindən bəhs edir, şagirdlərə canlı təbiətin maddiliyini,
qanunauyğunluqlarını, canlıların yaranması, quruluşu, yayılması, inkişafı,
qorunması funksiyası, ən
başlıcası isə
biososial varlıq olan insanın öz orqanizminin quruluşu və həyati xüsusiyyətlərinin öyrənilməsinə şərait yaradır. İnsanın davamlı
inkişafı və
sağlamlığının qorunması ilə
bağlı zəruri
bilik, bacarıq və
əməli vərdişlər verir.
Biologiya təbiətə aid elm sahələri ilə sıx əlaqədardır. Fizikanın, kimyanın,
riyaziyyatın, coğrafiyanın (fiziki coğrafiya) bir sıra qanunları və ekoloji problemlər haqqında təsəvvürü olmayan bir insan həyatı lazımi səviyyədə dərk edə bilmədiyindən, biologiyanın tədrisi prosesində həmin fənlərə istinad edir. Yalnız bu halda
dünyanın tam bir vahid kimi qavranılması üçün zəmin yaranmış olur. Biologiya fənninin tədrisi sayəsində insanın bioloji və sosial mahiyyətini başa düşən şagird özünün, yaxınlarının
sağlamlığının qorunmasına və
sağlam həyat tərzinə hazırlanır.
Canlılar aləmi insanın iqtisadi həyatında mühüm yer tutur. Bu
baxımdan təsərrüfat sahələrində bitkilərin, heyvanların və digər canlıların rolu haqqında
biliklərlə yanaşı, şagirdləri genetika, seleksiya,
biotexnologiya, bionika, həmçinin
başqa sahələrə aid elmi yeniliklərin çatdırılması zərurəti yaranır.
Yaxud şagirdlər təbii mühütin qorunmasının zəruriliyini dərk etməklə vətənpərvərlik, bəşərililik və humanizm ruhunda tərbiyə almaqla qlobal ekoloji
problemləri başa
düşürlər. İnsanın
qorunmasının Yer kürəsinin
bütövlükdə
qorunması ilə
bağlı olması qənaətinə gəlirlər. Onlar təbiətin gözəlliklərindən zövq alır, vətənə, torpağa daha doğma münasibət bəsləyirlər.
Bütün bunlar
şagirdlərin
intellektual inkişafı, vətənini sevən yetkin şəxsiyyət kimi formalaşması baxımından əhəmiyyət daşıyır.
Biologiya fənninin ümumi orta və tam orta təhsil pillələrində tədrisi nəzərdə tutulur. Şagird ümumi orta təhsil pilləsində canlılar aləmini öyrənməklə daha dolğun bilik və bacarıqlara yiyələnir. Tam orta təhsil pilləsində isə artıq həyata hazırlanan şagird təbiətin ayrılmaz hissəsi olan canlılar aləmini və özünü dərk etmiş olur.
Biologiya fənninin məqsədi şagirdlərə canlılara dair zəruri bilik və bacarıqlar mənimsətməklə onlarda ekoloji mədəniyyət, estetik zövq, humanist və vətənpərvərlik keyfiyyətləri formalaşdırmaqdan ibarətdir. Bu məqsədin həyata keçirilməsi üçün:
Ümumi orta təhsil pilləsində şagirdlərdə canlı aləmin yaranması, quruluşu,
funksiyaları, təsnifatı,
yayılma qanunauyğunluqları, inkişafı və
mühafizəsi,
onların bir-biri ilə
və cansız aləmlə qarşılıqlı əlaqəsi, maddi aləmin vəhdət təşkil etməsi barədə ümumi təsəvvürlər formalaşdırılır, onlarda özünə, ətraf mühitə qayğıkeş və həssas münasibət yaradılır.
Tam orta təhsil pilləsində şagirdlərdə həyatın əmələ gəlməsi, hüceyrə, üzvi aləmin inkişafı və təkamülü, insanın mənşəyi, genetika və seleksiyanın əsasları, ekologiyanın problemləri və həlli yolları haqqında anlayışlar
yaratmaqla müvafiq bilik və
bacarıqlar aşılanır, canlı maddi aləmin
tamlığı və
vəhdət təşkil etməsi haqqında elmi dünyagörüş və məntiqi təfəkkür formalaşdırılır.
1.Biologiya təliminin məzmunu
1.1. Ümumi təlim nəticələri
Ümumi orta təhsil səviyyəsi (VI-IX siniflər) üzrə şagird:
* canlılar aləmini təşkil edən varlıqları səciyyəvi xüsusiyyətlərinə görə müqayisə edir, bu barədə mülahizələrini şərh edir;
* bioloji varlıqlarda baş verən dəyişiklikləri müşahidə etmək üçün təcrübələr qoyur, nəticələri ümumiləşdirir, onları şifahi və yazılı təqdim edir;
* canlı varlıqlarda maddələr mübadiləsinin qanunauyğunluqlarını izah
edir və onları fərqləndirir;
* bitkilərin
əkilməsi, becərilməsi, ev heyvanlarının, quşların
və digər heyvanların bəslənməsi və onlardan məhsul alınması texnologiyasını məişətdə tətbiq edir;
* fiziki, kimyəvi, bioloji amillərin canlı varlıqlara mənfi təsiri barədə nəzəri biliklərə əsaslanaraq ekoloji problemlərin aradan qaldırılmasına
çalışır;
* zədələnmələr zamanı ilk tibbi yardım göstərir, xəstəliklər zamanı profilaktik tədbirlər görür.
Tam orta təhsil səviyyəsi (X-XI siniflər) üzrə şagird:
* bioloji
varlıqların yaranması və
inkişafını habelə
canlı orqanizmlərdə gedən bioloji prosesləri şərh və izah edir;
* insanın əmələ gəlməsi, irqlərin yaranması, irsiyyət, qlobal ekoloji problemlərin baş vermə səbəbləri və aradan qaldırılması yolları və s. barədə materiallar toplayır, sistemləşdirir, müqayisə və təhlil edərək qiymətləndirir;
* irsiyyətin
qanunauyğunluqlarını məsələ həlli yolu ilə əsaslandırır və nəticələrini şərh edir;
* seleksiyanın nailiyyətlərinin ayrı-ayrı sahələrdə əhəmiyyətini və tətbiqi yollarını izah edir.
1.2. Məzmun xətləri
Biologiya fənni üzrə müəyyənləşdirilmiş məzmun xətləri fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunan məzmunun zəruri hissələridir.
Biologiya
fənni
üzrə
aşağıdakı məzmun
xətləri müəyyən edilmişdir:
* Canlıların
quruluşu və
müxtəlifliyi
* Bioloji proseslər
* İnsan və
onun sağlamlığı
* Canlılar və ətraf mühit
Canlıların
quruluşu və
müxtəlifliyi
Canlıların
quruluşu və
müxtəlifliyi məzmun xətti üzrə şagirdlər canlıları cansızlardan fərqləndirmək, biologiyanın öyrəndiyi elm sahələrini, canlıların təşkil səviyyələrini, sistematik
kateqoriyaları,canlıların funksional və
inkişaf vahidi olan hüceyrənin
quruluşu və
kimyəvi tərkibini, hüceyrəsiz quruluşa malik olan
virusların xüsusiyyətlərini müəyyənləşdirmək məqsədilə praktik təcrübələr apararaq nəticələr əldə etmək bacarığına yiyələnirlər.
Bioloji proseslər
Bioloji proseslər məzmun xətti üzrə şagirdlər canlılar aləmini cansızlardan fərqləndirən qidalanma, tənəffüs, maddələr mübadiləsi qıcıqlanma, böyümə, çoxalma, inkişaf, hərəkət və onların səbəblərini, irsiyyət, dəyişkənlik və onun qanunauyğunluqlarını izah
edir, bakteriyalar, göbələklər, bitkilər və heyvanlara xas həyati prosesləri müqayisə etmək bacarığına yiyələnirlər. Müşahidə, eksperiment və tədqiqatlar aparmaqla canlılarda
gedən həyati prosesləri öyrənir və bu proseslərə təsir edən amilləri (fiziki, kimyəvi, coğrafi, tarixi) təcrübi yolla, riyazi
hesablamaların köməyi
ilə təhlil edirlər.
Bu məzmun xətti canlıların fərdi və tarixi inkişafı, onun səbəbləri və təkamülə dair bilik və bacarıqların, seleksiya və biotexnologiya sahələrində insanın əldə etdiyi nailiyyətlərin öyrənilməsini təmin edir.
İnsan və onun sağlamlığı
İnsan və onun sağlamlığı məzmun xətti üzrə şagirdlər insanın psixi xüsusiyyətləri, sosial mahiyyəti ilə tanış olur, insan orqanizminin
bəzi
funksional anormallıqları, onu doğuran səbəblər və onların aradan qaldırılma
yollarını, sağlam həyat
tərzinə nail olmaq, xəstəliklər, zədələnmələr zamanı özünə və ətrafındakılara ilk yardım göstərmək, reproduktiv sağlamlığı
qorumaq bacarığına yiyələnmiş olurlar.
Canlılar
və
ətraf
mühit
Canlılar və ətraf mühit məzmun xətti üzrə şagirdlər canlıların bir-biri ilə və cansız aləmlə qarşılıqlı münasibətlərini müəyyənləşdirir, təbiətlə təmasda olmaq və ondan istifadə mədəniyyətinə, ekoloji amillər və bu amillərin qarşılıqlı əlaqələri haqqında biliklərə yiyələnirlər. Əldə olunmuş bilik və bacarıqlar qlobal və regional ekoloji problemləri doğuran səbəbləri araşdırmağa imkan yaradır.
Şagirdlər Azərbaycanın flora və faunasına daxil olan canlıları
tanıyır, təbiətin qorunmasında bilavasitə iştirak edirlər.
1.3. Məzmun xətləri üzrə təlim nəticələri
Ümumi
orta təhsil
səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri
1. Canlıların quruluşu və müxtəlifliyi
Şagird:
* canlıların
quruluşu, müxtəlifliyi,
vahidliyi, əhəmiyyəti və təşkili səviyyələrini şərh edir;
* canlıların kimyəvi tərkibi barədə təcrübi biliklər nümayiş etdirir.
2. Bioloji
proseslər
Şagird:
* canlılara xas
olan bioloji proses və
xüsusiyyətləri, onlarda gedən funksional dəyişiklikləri izah edir;
* canlılarda baş verən həyati proseslərin fiziki və kimyəvi mahiyyətini təcrübələr və hesablamalar yolu ilə müəyyənləşdirir.
3. İnsan və onun sağlamlığı
Şagird:
* insanın
biososial təbiəti haqqında bilik və bacarıqlar nümayiş etdirir;
* sağlam həyat tərzini nümunələrlə şərh edir, təqdimatlar hazırlayır;
* xəstəliklər və zədələnmələr zamanı özünə və başqalarına ilk yardım göstərir.
4. Canlılar və ətraf mühit
Şagird:
* canlıların
bir-birilə
və ətraf aləmlə qarşılıqlı əlaqəsini izah edir, təqdimatlar hazırlayır;
* regional ekoloji problemlər, canlılar aləminin müxtəlifliyinin qorunması ilə bağlı faktlar toplayır, təqdimatlar hazırlayır.
Tam orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri
1. Canlıların quruluşu və müxtəlifliyi
Şagird:
* bioloji
varlıqların quruluşu, müxtəlifliyi
və xüsusiyyətlərinə dair tədqiqatlar aparır və nəticələrini təqdim edir;
* canlıların kimyəvi tərkibi və orada baş verən dəyişikliklərə dair müşahidələr aparır, nəticələri barədə təqdimatlar hazırlayır.
2. Bioloji
proseslər
Şagird:
* üzvi aləmin inkişafı və təkamülü ilə bağlı prosesləri şərh edir, materiallar toplayır,
təqdimatlar
edir;
* bioloji proses və onlarda baş verən dəyişikliklərin mexanizmini açıqlayır, buna
dair riyazi hesablamalar aparır, cədvəllər tərtib edir, diaqramlar, qrafiklər qurur.
3. İnsan və onun sağlamlığı
Şagird:
* insanın fərdi və tarixi inkişafını əlaqələndirir;
* insanın psixi xüsusiyyətləri və onlarda baş verən dəyişikliklərin mexanizminə dair materiallar toplayır, təqdimatlar edir;
* ailənin
formalaşmasında sağlam həyat
tərzinin
rolunu və əhəmiyyətini izah edir, məruzə və təqdimatlar hazırlayır;
* xəstəliklər, onlardan qorunma yolları
haqqında materallar toplayır, təqdimatlar
hazırlayır.
4. Canlılar və ətraf mühit
Şagird:
* təkamüldə ekoloji amillərin rolunu izah edir, məruzə və referatlar hazırlayır;
* regional və qlobal ekoloji problemləri əlaqələndirir, referat və təqdimatlar
hazırlayır.
1.4. Fəaliyyət xətləri
Fəaliyyət xətti məzmun xətlərində əks olunan biliklərin əldə edilməsində şagirdə praktik imkan yaradır. Fənnin məzmun standartları bu fəaliyyət xətləri ilə əlaqəlilik əsasında tətbiq olunur.
Biologiya
fənninin tədrisində 6 fəaliyyət xətti əsas götürülür.
1. Problemin həlli
2. Müqayisə, təhlil və tədqiq etmə
3. Ümumiləşdirmə, təsnifetmə, mühakimə və tətbiq
etmə
4. Əməkdaşlıq
və ünsiyyət
5. Təşkil və təqdim etmə
6. Eksperiment
aparma (nəzəri biliklərin tətbiqi)
1.5.
Siniflər üzrə məzmun standartları
VI
sinif
VI sinfin sonunda şagird:
* canlılar aləmini öyrənən elm sahələrini fərqləndirir, canlıların
quruluşunu, təsnifatını,
rol və əhəmiyyətini
izah edir;
* biologiyaya
dair laboratoriya avadanlıqlarını fərqləndirir;
* bioloji
proseslər və onun pozulma hallarını
izah edir, sadə
hesablamalar aparır;
* canlıların təsnifat sistemində insanın yerini müəyyənləşdirməklə onu digər canlılardan fərqləndirir;
* sağlamlığın
qorunmasında bitki və
heyvanların rolunu izah edir, dərman
bitkilərini fərqləndirir;
* canlıların təbii mühitlə və bir-birilə əlaqəsini izah edir;
* bitki və heyvanlara qulluq
qaydalarına əməl edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1.Canlıların
quruluşu və müxtəlifliyi
Şagird:
1.1. Canlıların quruluşu və müxtəlifliyi
haqqında biliklərə malik olduğunu nümayiş
etdirir.
1.1.1. Canlılar aləmini öyrənən elm
sahələrini fərqləndirir.
1.1.2. Canlıların quruluşunu təsvir edir.
1.1.3. Canlıların quruluşunu öyrənmək üçün lazım olan əsas laboratoriya avadanlıqlarını fərqləndirir.
1.1.4.Canlıların təsnifatının rol və əhəmiyyətini izah edir.
2. Bioloji proseslər
Şagird:
2.1.Bioloji proseslərin tənzimlənməsinə dair
bilik və
bacarıqlar nümayiş etdirir.
2.1.1. Bioloji proseslərin xüsusiyyətlərini
sadalayır.
2.1.2. Maddələr
mübadiləsinin
pozulma hallarını izah edir.
2.1.3. Bioloji proseslərə dair
sadə təcrübələr və hesablamalar
aparır.
3. İnsan və onun sağlamlığı
Şagird:
3.1. İnsanın biososial təbiəti
haqqında bilik və
bacarıqlar nümayiş etdirir.
3.1.1. Canlıların təsnifat sistemində insanın yerini müəyyənləşdirir.
3.1.2. İnsanı sosioloji varlıq kimi digər canlılardan fərqləndirir.
3.2. Sağlamlığın qorunmasına dair bacarıqlar nümayiş
etdirir.
3.2.1. Bitki və heyvanların insan
sağlamlığında rolunu izah edir.
3.2.2. Dərman bitkilərini fərqləndirir.
4. Canlılar və ətraf mühit
Şagird:
4.1. Canlıların bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və bacarıqlar nümayiş
etdirir.
4.1.1. Canlıların ətraf mühitlə və
bir-birilə əlaqəsini izah edir.
4.2. Ətraf mühitin qorunması ilə bağlı bacarıqlar nümayiş etdirir.
4.2.1. Canlıların qorunması ilə bağlı topladığı məlumatları təqdim edir.
4.2.2. Bitki və heyvanlara qulluq qaydalarına əməl edir.
VII
sinif
VII sinfin sonunda şagird:
* canlılar aləmini öyrənən elm sahələrini,onların müxtəlifliyini şərh edir, sistematik kateqoriyaları fərqləndirir;
* laboratoriya
avadanlıqlarından istifadə
qaydalarına əməl edir;
* canlılarda
gedən həyati prosesləri fərqləndirir, pozulma səbəblərini
sadalayır, buna dair hesablamalar aparır;
* insanı digər məməlilərlə müqayisə edir,onun ali sinir fəaliyyətini izah edir;
* virus,bakteriya,
göbələk və heyvanların törətdiyi xəstəlikləri təsvir edir,dərman bitkilərini qruplaşdırır;
* təbiətdə baş
verən
fiziki və kimyəvi dəyişikliklərin canlılara təsirini izah edir;
* canlıların
qorunmasına dair müşahidələr aparır, respublikanın
xüsusi mühafizə olunan
təbiət ərazilərini fərqləndirir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Canlıların
quruluşu və müxtəlifliyi
Sagird:
1.1. Canlıların quruluşu və müxtəlifliyi
haqqında biliklərə malik olduğunu nümayiş
etdirir.
1.1.1. Canlılar aləmindən bəhs edən elm sahələri barədə fikirlərini şərh edir.
1.1.2. Canlıların müxtəlifliyi haqqında mülahizələrini şərh edir.
1.1.3. Canlıların quruluşunun öyrənilməsində laboratoriya
avadanlıqlarından istifadə
qaydalarına əməl edir.
1.1.4. Canlıların sistematik kateqoriyalarını fərqləndirir.
2. Bioloji proseslər
Sagird:
2.1. Bioloji proseslərin tənzimlənməsinə dair
bilik və
bacarıqlar nümayiş etdirir.
2.1.1. Müxtəlif canlılarda gedən həyati prosesləri fərqləndirir.
2.1.2. Maddələr
mübadiləsinin
pozulma səbəblərini sadalayır.
2.1.3. Bioloji proseslərdə baş
verən dəyişikliklərə dair hesablamalar aparır və nəticələri ümumiləşdirir.
3. İnsan və onun sağlamlığı
Sagird:
3.1. İnsanın biososial təbiəti
haqqında bilik və
bacarıqlar nümayiş etdirir.
3.1.1. İnsanı digər məməlilərlə müqayisə edir.
3.1.2. İnsanın ali sinir fəaliyyətini
izah edir.
3.2. Sağlamlığın qorunmasına dair bacarıqlar nümayiş
etdirir.
3.2.1. Virus,
bakteriya, göbələk və heyvanların insan
orqanizmində törətdiyi xəstəlikləri
sadalayır.
3.2.2. Müalicəvi xassələrinə görə dərman bitkilərini qruplaşdırır.
4. Canlılar və ətraf mühit
Şagird:
4.1. Canlıların bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və bacarıqlar nümayiş
etdirir.
4.1.1. Təbiətdə baş verən fiziki, kimyəvi dəyişikliklərin canlılara təsirini izah edir.
4.2. Ətraf mühitin qorunması ilə bağlı bacarıqlar nümayiş etdirir.
4.2.1. Yerli şəraitdə
canlıların qorunmasına dair müşahidələr əsasında mülahizərini şərh edir.
4.2.2. Respublikanın flora və faunasının qorunma yollarını fərqləndirir.
VIII
sinif
VIII sinfin sonunda şagird:
* insanı öyrənən elm
sahələrini, onun orqanizminin təşkil səviyyələrini şərh
edir;
* canlıların
quruluşunu öyrənmək üçün təcrübələr aparır;
* canlıların nəsil ağacını tərtib edir;
* insan
orqanizmində gedən bioloji prosesləri şərh edir, buna dair riyazi
hesablamalar aparır;
* canlılara xas
psixoloji anlayışları fərqləndirir;
* sağlamlığın
qorunması qaydalarını izah edir, xəstəliklər və zədələnmələr
zamanı ilkin yardım göstərir;
* mühit amillərinin insan orqnizminə təsirini izah edir;
* ətraf aləm və onun təmizliyinin qorunması
qaydalarına əməl edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Canlıların quruluşu və müxtəlifliyi
Şagird:
1.1. Canlıların quruluşu və müxtəlifliyi
haqqında biliklərə malik olduğunu nümayiş
etdirir.
1.1.1. İnsanı öyrənən elm
sahələrini (anatomiya,
fiziologiya, gigiyena, psixologiya) şərh edir və kiçik
təqdimatlar
hazırlayır.
1.1.2. İnsan orqanizminin təşkil səviyyələrini təsvir
edir.
1.1.3. Canlıların quruluşunu öyrənmək üçün təcrübələr aparır və nəticələrini izah edir.
1.1.4. Canlıların nəsil ağacını tərtib edir.
2. Bioloji proseslər
Şagird:
2.1. Bioloji proseslərin tənzimlənməsinə dair
bilik və
bacarıqlar nümayiş etdirir.
2.1.1. İnsan orqanizmində baş verən bioloji prosesləri izah
edir.
2.1.2. Zərərli vərdişlərin insan orqanizminə mənfi təsirini
izah edir.
2.1.3. İnsan orqanizmində baş verən bioloji proseslərə dair təcrübələr və riyazi
hesablamalar aparır və nəticələrini ümumiləşdirir.
3. İnsan və onun sağlamlığı
Şagird:
3.1. İnsanın biososial təbiəti
haqqında bilik və
bacarıqlar nümayiş etdirir.
3.1.1. İnsanın formalaşmasında əməyin rolunu izah edir.
3.1.2. “ İnstinkt”, ”Düşüncəli fəaliyyət” və “ təfəkkür” anlayışlarını fərqləndirir.
3.2. Sağlamlığın qorunmasına dair bacarıqlar nümayiş
etdirir.
3.2.1. Sağlamlığın qorunması qaydalarını izah edir.
3.2.2. Xəstəliklər, zədələnmələr zamanı ilkin yardım göstərir.
4. Canlılar və ətraf
mühit
Şagird:
4.1. Canlıların bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və bacarıqlar nümayiş
etdirir.
4.1.1. Mühit amillərini və onun
insan orqanizminə təsirini izah edir.
4.2. Ətraf mühitin qorunması ilə bağlı bacarıqlar nümayiş etdirir.
4.2.1. Ətraf mühitin çirklənməsi və mühafizəsinə dair mülahizələrini şərh
edir.
4.2.2. Gündəlik həyatda ətraf aləm və onun təmizliyinin qorunması
qaydalarına əməl edir.
IX
sınif
IX sinfın sonunda şagird:
* canlıları öyrənən elm
sahələrinin (sitologiya,
histologiya, biokimya) xüsusiyyətlərini, canlıların kimyəvi tərkibini, mikrotəkamülü, müasir
laboratoriya avadanlıqlardan istifadə qaydalarını izah edir;
* bioloji
prosesləri,
orada baş verən dəyişiklikləri izah edir, riyazi
üsullarla əsaslandırır;
* insanın
formalaşmasında sosial amillərin
rolunu və ali
sinir fəaliyyətinin mexanizmini şərh edir;
* irsi xəstəlikləri,
onların qarşısının alınması yollarını, sağlam həyat tərzinin əhəmiyyətini
izah edir;
* regional
ekoloji problemlərl,
ekoloji amillərin
canlıların həyatında
rolunu izah edir, növlərin
müxtəlifliyinin
qorunmasına dair topladığı faktları təqdim edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Canlıların
quruluşu və müxtəlifliyi
Şagird:
1.1. Canlıların quruluşu və müxtəlifliyi
haqqında biliklərə malik olduğunu nümayiş
etdirir.
1.1.1. Canlıları öyrənən elm
sahələri (genetika, sitologiya,
histalogiya, biokimya) barədə məlumat toplayır və təqimatlar
hazırlayır.
1.1.2. Canlıların kimyəvi tərkibini
şərh
edir.
1.1.3. Canlıların quruluşunun öyrənilməsinə dair laboratoriya işlərində müasir avadanlıqlardan
istifadə
qaydalarını izah edir.
1.1.4. Mikrotəkamülü izah edir və ona
dair təqdimatlar
hazırlayır.
2. Bioloji proseslər
Şagird:
2.1. Bioloji proseslərin tənzimlənməsinə dair
bilik və
bacarıqlar nümayiş etdirir.
2.1.1. Bioloji proseslərin mahiyyət və məzmunu ilə bağlı təqdimatlar hazırlayır.
2.1.2. Maddələr
mübadiləsinin
pozulma səbəblərini faktlarla izah edir və təqdimatlar
hazırlayır.
2.1.3. Bioloji proseslərin mahiyyəti və məzmununu, baş verən dəyişiklikləri riyazi üsullarla əsaslandırır.
1. İnsan və onun sağlamlığı
3.1. İnsanın biososial təbiəti
haqqında bilik və
bacarıqlar nümayiş etdirir.
3.1.1. İnsanın formalaşmasında sosial amillərin rolu və əhəmiyyətinə dair təqdimatlar hazırlayır.
3.1.2. İnsanın ali sinir fəaliyyətinin mexanizmini
şərh edir
və təqdimatlar hazırlayır.
3.2. Sağlamlığın qorunmasına dair bacarıqlar nümayiş
etdirir.
3.2.1. İrsi xəstəliklər, onların qarşısının
alınması yollarını faktlarla izah edir.
3.2.2. Sağlam həyat tərzinin əhəmiyyətini şərh edir, referatlar
hazırlayır.
4. Canlılar və ətraf mühit
Şagird:
4.1. Canlıların bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və bacarıqlar nümayiş
etdirir.
4.1.1. Ekoloji amillərin canlıların həyatında rolunu şərh edir, təqdimatlar hazırlayır.
4.2. Ətraf mühitin qorunması ilə bağlı bacarıqlar nümayiş etdirir.
4.2.1. Regional ekoloji problemlərlə bağlı müşahidələrini
ümumiləşdirib,
təqdimatlar
hazırlayır.
4.2.2. Azərbaycanda canlılar aləminin
növ müxtəlifliyinin
qorunması ilə bağlı
faktları toplayıb təqdimatlar
hazırlayır.
X sinif
X sinfin sonunda şagird:
* canlıları öyrənən elm
sahələrinin (embriologiya,
polintologiya, genetika) xüsusiyyətlərinə, makrotəkamülə dair topladığı məlumatları təqdim edir;
* canlıların
kimyəvi tərkibində baş verən dəyişiklikləri müasir avadanlıqlardan
istifadə etməklə izah edir;
* bioloji
proseslərin,
onda baş verən dəyişikliklərin mexanizmini şərh edir;
* insanın
tarixi inkişaf mərhələlərini,
insanda baş verən psixi
dəyişiklikləri izah edir;
* yoluxucu xəstəliklər,
onlardan qorunma yolları haqqında materiallar toplayır, sağlam həyat tərzində gigiyena qaydalarının
rolunu və əhəmiyyətini dəyərləndirir;
* ekoloji
problemlərin
aradan qaldırılmasının irsi xəstəliklərin azalmasına təsirini əsaslandırır;
* qlobal
ekoloji problemler və
onların həlli
yollarını, ekoloji tarazlığın qorunmasının əhəmiyyətini şərh edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Canlıların quruluşu və müxtəlifliyi:
Şagird:
1.1. Canlıların quruluşu və müxtəlifliyi
haqqında biliklərə malik olduğunu nümayiş
etdirir.
1.1.1. Canlıları öyrənən elm
sahələrinin (embriologiya,
polintologiya, genetika) xüsusiyyətlərinə dair məlumatlar toplayır, təqdimatlar hazırlayır.
1.1.2. Canlıların kimyəvi tərkibində baş verən dəyişiklikləri izah edir, təqdimatlar hazırlayır.
1.1.3. Müasir avadanlıqlardan istifadə etməklə canlıların kimyəvi tərkibində baş verən dəyişiklikləri müşahidə edir, təqdimatlar hazırlayır.
1.1.4. Makrotəkamül haqqında məlumat
toplayır və təqdimat hazırlayır.
2. Bioloji proseslər
Şagird:
2.1. Bioloji proseslərin tənzimlənməsinə dair
bilik və
bacarıqlar nümayiş etdirir.
2.1.1. Bioloji proseslərin mexanizmini şərh edir, məruzə və təqdimatlar hazırlayır.
2.1.2. Maddələr
mübadiləsində baş verən dəyişikliklərin mexanizmini şərh edir, təqdimatlar hazırlayır.
2.1.3. Bioloji proseslərdə baş
verən dəyişikliklərin mexanizmini müxtəlif üsullarla əsaslandırır.
3. İnsan və onun sağlamlığı
Şagird:
3.1. İnsanın biososial təbiəti
haqqında bilik və
bacarıqlar nümayiş etdirir.
3.1.1. İnsanın tarixi inkişaf mərhələlərini müqayisəli şərh edir, məruzə və referatlar hazirlayır.
3.1.2. İnsanda baş verən psixi dəyişiklikləri
faktlarla izah edir, referatlar hazırlayır.
3.2. Sağlamlığın qorunmasına dair bacarıqlar nümayiş
etdirir.
3.2.1. Yoluxucu xəstəliklər, onlardan qorunma
yolları haqqında referat, təqdimat
hazırlayır.
3.2.2. Sağlam həyat tərzində gigiyena qaydalarının
rolunu və əhəmiyyətini dəyərləndirir,
məruzə və təqdimatlar
hazırlayır.
4. Canlılar və ətraf mühit
Şagird:
4.1. Canlıların bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və bacarıqlar nümayiş
etdirir.
4.1.1. Ekoloji problemlərin aradan qaldırılmasının irsi xəstəliklərin
azalmasına təsirini əsaslandırır.
4.2. Ətraf mühitin qorunması ilə bağlı bacarıqlar nümayiş etdirir.
4.2.1. Qlobal ekoloji problemlər və
onların həlli
yolları haqqında təqdimatlar
edir.
4.2.2. Təbii şəraitdə ekoloji tarazlığın
qorunmasının əhəmiyyətini şərh edir, referatlar
hazırlayır.
XI
sinif
XI sinfin
sonunda şagird:
* canlıları öyrənən elm
sahələrinin (seleksiya,
biotexnologiya, bionika, mikrobiologiya) xüsusiyyətlərini,
nailiyyətlərini müasir
avadanlıqlardan istifadə etməklə şərh
edir;
* yer üzərində həyatın əmələ gəlməsini şərh edir, canlıların kimyəvi tərkibinə, baş verən dəyişikliklərə dair müşahidələrinin nəticələrini təqdim
edir;
* bioloji
proseslərin,
baş verən dəyişikliklərin fərqli mexanizmlərinin xüsusiyyətlərini müqaisəli şərh
edir, riyazi üsullarla əsaslandırır;
* insanın fərdi və tarixi inkişafının, psixi
proseslər və orada baş verən dəyişikliklərin müqayisəli şərhinə dair təqdimatlar edir;
* insan
orqanizmində baş
verən xəstəliklərin
hüceyrə səviyyəsində olduğunu əsaslandırır, sağlam ailənin qurulmasında sağlam həyat tərzinin rolunu dəyərləndirir;
* təbii seçməni yaşamaq uğrunda mübarizənin nəticəsi kimi əsaslandırır, regional və qlobal ekoloji problemləri əlaqələndirir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Canlıların quruluşu və müxtəlifliyi
Şagird:
1.1. Canlıların quruluşu və müxtəlifliyi
haqqında biliklərə malik olduğunu nümayiş
etdirir.
1.1.1. Canlıları öyrənən elm
sahələrini (seleksiya,
biotexnologiya, mikrobiologiya, bionika) xüsusiyyətlərini şərh edir, təqdimatlar hazırlayır.
1.1.2. Canlıların kimyəvi tərkibi və orada baş verən dəyişikliklərə dair müşahidələr
aparır, nəticələri barədə təqdimatlar edir.
1.1.3. Müasir avadanlıqlardan istifadə etməklə canlıları öyrənən elm
sahələrinin nailiyyətlərinə dair məruzə və təqdimatlar
hazırlayır.
1.1.4. Yer üzərində həyatın əmələ gəlməsinə dair
fikirləri
müqayisəli şəkildə şərh edir.
2. Bioloji proseslər
Şagird:
2.1. Bioloji proseslərin tənzimlənməsinə dair
bilik və
bacarıqlar nümayiş etdirir.
2.1.1. Bioloji proseslərin mexanizminin müqaisəli şərhinə dair referat və təqdimatlar hazırlayır.
2.1.2. Maddələr
mübadiləsində baş verən dəyişikliklərin fərqli mexanizmlərini müqayisəli şəkildə şərh edir, məruzə təqdimatlar hazırlayır.
2.1.3. Bioloji prosesdə baş verən pataloji dəyişikliklərin fərqli mexanizmlərinin xüsusiyyətlərini riyazi üsullarla əsaslandırır və təqdimatlar
hazırlayır.
3. İnsan və onun sağlamlığı
Şagird:
3.1. İnsanın biososial təbiəti
haqqında bilik və
bacarıqlar nümayiş etdirir.
3.1.1. İnsanın fərdi və tarixi
inkişafına dair müqayisələr aparır, təqdimatlar edir.
3.1.2. Psixi proseslər və orada
baş verən dəyişiklikləri müqayisəli şərh edir və referatlar hazırlayır.
3.2. Sağlamlığın qorunmasına dair bacarıqlar nümayiş
etdirir.
3.2.1. İnsan orqanizmində baş verən xəstəliklərin hüceyrə səviyyəsində olduğunu əsaslandırır, məruzə və təqdimatlar
hazırlayır.
3.2.2. Sağlam ailənin qurulmasında sağlam həyat tərzinin
rolunu dəyərləndirir, məruzə və təqdimatlar hazırlayır.
4. Canlılar və ətraf mühit
Şagird:
4.1. Canlıların bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və bacarıqlar nümayiş
etdirir.
4.1.1. Təbii seçməni
yaşamaq uğrunda mübarizənin nəticəsi kimi əsaslandırır, məruzə və referatlar hazırlayır.
4.2. Ətraf mühitin qorunması ilə bağlı bacarıqlar nümayiş etdirir.
4.2.1. Ekoloji problemlərin qlobal xarakterini dəyərləndirir, məruzə və təqdimatlar
hazırlayır.
4.2.2. Regional və qlobal ekoloji problemləri əlaqələndirir, referat və təqdimatlar
hazırlayır.
(ardı var)