5 Ekim 2016 Çarşamba

BİOLOGİYA FƏNNİ KURİKULUMU
(VI-XI siniflər)
Giriş
Biologiya fənn kurikulumu və onun xarakterik cəhətləri. Biologiya fənn kurikulumu ölkəmizdə aparılan təhsil islahatının yerinə yetirilməsi istiqamətində görülmüş işlərdən biri kimi meydana çıxmışdır. Özündə dünyanın mütərəqqi ölkələrinin təhsil təcrübələrini ümumiləşdirən bu sənəd bilavasitə şagirdlərin bir şəxsiyyət kimi formalaşmasına istiqamətlənməklə özünün humanist, demokratik və inteqrativ xarakterinə görə fərqlənir. Orada məzmun standartlarının, təlim strategiyalarının, qiymətləndirməyə dair məzmun, vasitə və mexanizmlərin verilməsi onun həm də kompleks bir sənəd olduğunu göstərir.
Biologiyadan yeni məzmunun nəticələr (məzmun standartları) formasında verilməsi kurikulum sənədinin demokratik xarakterindən irəli gəlir. Müəllimlərə nəticələrin bir standart tələb kimi verilməsi onlara fəaliyyətində sərbəst olmağa, müvafiq təlim strategiyaları seçməyə, yaxud öz imkan və şəraitlərinə uyğun təlim strategiyaları hazırlamağa imkan yaradır. Yaxud müasir dərsliklərin, digər resursların hazırlanmasını istiqamətləndirir.
Biologiya fənni üzrə yeni məzmunda insan, onun sağlamlığı, insanın sosial mahiyyəti, insan və təbiət münasibətləri, insanın psixoloji xüsusiyyətlərinə aid həyati əhəmiyyəti olan ən zəruri bilik və bacarıqlar əhatə olunur.
Kurikulumda canlıların hüceyrədən biosferədək təşkili səviyyələri, canlılar aləminin kimyəvi və bioloji təkamülü, irsi dəyişikliklərin qanunauyğunluqları, ekoloji problemlər, onun dərkedilməsi və həlli yolları sadədən mürəkkəbə doğru istər mərhələlər, istərsə də siniflər üzrə şaquli və üfiqi inteqrasiya nəzərə alınmaqla təqdim edilir. Şagirdin tədqiqatçılıq bacarıqları, inkişaf etdirilir. Onun məlumatları ümumiləşdirmək, eksperimentlər aparmaq, məruzə, referat, təqdimatlar hazırlamaq, bitkiləri becərmək, heyvanları bəsləmək və insan sağlamlığını qorumaq bacarıqları formalaşır.
Biologiya fənn kurikulumunda şagirdlərin məntiqi təfəkkürünün,fənlə bağlı həyati bacarıqlarının inkişaf etdirilməsi, inteqrativlik, sadədən mürəkkəbə doğru inkişaf, məzmun və fəaliyyətin qarşılıqlı əlaqəsinin təşkili, fənnin tədrisində yeni texnologiyaların tətbiqinin təmin edilməsi məsələləri nəzərdə tutulur.
Fənnin əhəmiyyəti, məqsəd və vəzifələri. Orta ümumtəhsil məktəblərinin başlıca vəzifəsi gəncləri həyatı və özünü dərk edə bilən bir şəxsiyyət kimi yetişdirməkdən ibarətdir. Ümumi təhsil fənləri bu vəzifənin yerinə yetirilməsində xüsusi rol oynayır. Biologiya bu fənlərdən biri olmaqla canlılar aləmindən bəhs edir, şagirdlərə canlı təbiətin maddiliyini, qanunauyğunluqlarını, canlıların yaranması, quruluşu, yayılması, inkişafı, qorunması funksiyası, ən başlıcası isə biososial varlıq olan insanın öz orqanizminin quruluşu və həyati xüsusiyyətlərinin öyrənilməsinə şərait yaradır. İnsanın davamlı inkişafı və sağlamlığının qorunması ilə bağlı zəruri bilik, bacarıq və əməli vərdişlər verir.
Biologiya təbiətə aid elm sahələri ilə sıx əlaqədardır. Fizikanın, kimyanın, riyaziyyatın, coğrafiyanın (fiziki coğrafiya) bir sıra qanunları və ekoloji problemlər haqqında təsəvvürü olmayan bir insan həyatı lazımi səviyyədə dərk edə bilmədiyindən, biologiyanın tədrisi prosesində həmin fənlərə istinad edir. Yalnız bu halda dünyanın tam bir vahid kimi qavranılması üçün zəmin yaranmış olur. Biologiya fənninin tədrisi sayəsində insanın bioloji və sosial mahiyyətini başa düşən şagird özünün, yaxınlarının sağlamlığının qorunmasına və sağlam həyat tərzinə hazırlanır.
Canlılar aləmi insanın iqtisadi həyatında mühüm yer tutur. Bu baxımdan təsərrüfat sahələrində bitkilərin, heyvanların və digər canlıların rolu haqqında biliklərlə yanaşı, şagirdləri genetika, seleksiya, biotexnologiya, bionika, həmçinin başqa sahələrə aid elmi yeniliklərin çatdırılması zərurəti yaranır.
Yaxud şagirdlər təbii mühütin qorunmasının zəruriliyini dərk etməklə vətənpərvərlik, bəşərililik və humanizm ruhunda tərbiyə almaqla qlobal ekoloji problemləri başa düşürlər. İnsanın qorunmasının Yer kürəsinin bütövlükdə qorunması ilə bağlı olması qənaətinə gəlirlər. Onlar təbiətin gözəlliklərindən zövq alır, vətənə, torpağa daha doğma münasibət bəsləyirlər.
Bütün bunlar şagirdlərin intellektual inkişafı, vətənini sevən yetkin şəxsiyyət kimi formalaşması baxımından əhəmiyyət daşıyır.
Biologiya fənninin ümumi orta və tam orta təhsil pillələrində tədrisi nəzərdə tutulur. Şagird ümumi orta təhsil pilləsində canlılar aləmini öyrənməklə daha dolğun bilik və bacarıqlara yiyələnir. Tam orta təhsil pilləsində isə artıq həyata hazırlanan şagird təbiətin ayrılmaz hissəsi olan canlılar aləmini və özünü dərk etmiş olur.
Biologiya fənninin məqsədi şagirdlərə canlılara dair zəruri bilik və bacarıqlar mənimsətməklə onlarda ekoloji mədəniyyət, estetik zövq, humanist və vətənpərvərlik keyfiyyətləri formalaşdırmaqdan ibarətdir. Bu məqsədin həyata keçirilməsi üçün:
Ümumi orta təhsil pilləsində şagirdlərdə canlı aləmin yaranması, quruluşu, funksiyaları, təsnifatı, yayılma qanunauyğunluqları, inkişafı və mühafizəsi, onların bir-biri ilə və cansız aləmlə qarşılıqlı əlaqəsi, maddi aləmin vəhdət təşkil etməsi barədə ümumi təsəvvürlər formalaşdırılır, onlarda özünə, ətraf mühitə qayğıkeş və həssas münasibət yaradılır.
Tam orta təhsil pilləsində şagirdlərdə həyatın əmələ gəlməsi, hüceyrə, üzvi aləmin inkişafı və təkamülü, insanın məəyi, genetika və seleksiyanın əsasları, ekologiyanın problemləri və həlli yolları haqqında anlayışlar yaratmaqla müvafiq bilik və bacarıqlar aşılanır, canlı maddi aləmin tamlığı və vəhdət təşkil etməsi haqqında elmi dünyagörüş və məntiqi təfəkkür formalaşdırılır.
1.Biologiya təliminin məzmunu
1.1. Ümumi təlim nəticələri
 Ümumi orta təhsil səviyyəsi (VI-IX siniflər) üzrə şagird:
* canlılar aləmini təşkil edən varlıqları səciyyəvi xüsusiyyətlərinə görə müqayisə edir, bu barədə mülahizələrini şərh edir;
 * bioloji varlıqlarda baş verən dəyişiklikləri müşahidə etmək üçün təcrübələr qoyur, nəticələri ümumiləşdirir, onları şifahi və yazılı təqdim edir;
 * canlı varlıqlarda maddələr mübadiləsinin qanunauyğunluqlarını izah edir və onları fərqləndirir;
 * bitkilərin əkilməsi, becərilməsi, ev heyvanlarının, quşların və digər heyvanların bəslənməsi və onlardan məhsul alınması texnologiyasını məətdə tətbiq edir;
 * fiziki, kimyəvi, bioloji amillərin canlı varlıqlara mənfi təsiri barədə nəzəri biliklərə əsaslanaraq ekoloji problemlərin aradan qaldırılmasına çalışır;
 * zədələnmələr zamanı ilk tibbi yardım göstərir, xəstəliklər zamanı profilaktik tədbirlər görür.
Tam orta təhsil səviyyəsi (X-XI siniflər) üzrə şagird:
* bioloji varlıqların yaranması və inkişafını habelə canlı orqanizmlərdə gedən bioloji prosesləri şərh və izah edir;
 * insanın əmələ gəlməsi, irqlərin yaranması, irsiyyət, qlobal ekoloji problemlərin baş vermə səbəbləri və aradan qaldırılması yolları və s. barədə materiallar toplayır, sistemləşdirir, müqayisə və təhlil edərək qiymətləndirir;
 * irsiyyətin qanunauyğunluqlarını məsələ həlli yolu ilə əsaslandırır və nəticələrini şərh edir;
 * seleksiyanın nailiyyətlərinin ayrı-ayrı sahələrdə əhəmiyyətini və tətbiqi yollarını izah edir.
1.2. Məzmun xətləri
Biologiya fənni üzrəəyyənləşdirilmiş məzmun xətləri fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunan məzmunun zəruri hissələridir.
Biologiya fənni üzrə aşağıdakı məzmun xətləri müəyyən edilmişdir:
* Canlıların quruluşu və müxtəlifliyi
 * Bioloji proseslər
 * İnsan və onun sağlamlığı
 * Canlılar və ətraf mühit
Canlıların quruluşu və müxtəlifliyi
Canlıların quruluşu və müxtəlifliyi məzmun xətti üzrə şagirdlər canlıları cansızlardan fərqləndirmək, biologiyanın öyrəndiyi elm sahələrini, canlıların təşkil səviyyələrini, sistematik kateqoriyaları,canlıların funksional və inkişaf vahidi olan hüceyrənin quruluşu və kimyəvi tərkibini, hüceyrəsiz quruluşa malik olan virusların xüsusiyyətlərini müəyyənləşdirmək məqsədilə praktik təcrübələr apararaq nəticələr əldə etmək bacarığına yiyələnirlər.
 Bioloji proseslər
Bioloji proseslər məzmun xətti üzrə şagirdlər canlılar aləmini cansızlardan fərqləndirən qidalanma, tənəffüs, maddələr mübadiləsi qıcıqlanma, böyümə, çoxalma, inkişaf, hərəkət və onların səbəblərini, irsiyyət, dəyişkənlik və onun qanunauyğunluqlarını izah edir, bakteriyalar, göbələklər, bitkilər və heyvanlara xas həyati prosesləri müqayisə etmək bacarığına yiyələnirlər. Müşahidə, eksperiment və tədqiqatlar aparmaqla canlılarda gedən həyati prosesləri öyrənir və bu proseslərə təsir edən amilləri (fiziki, kimyəvi, coğrafi, tarixi) təcrübi yolla, riyazi hesablamaların köməyi ilə təhlil edirlər.
Bu məzmun xətti canlıların fərdi və tarixi inkişafı, onun səbəbləri və təkamülə dair bilik və bacarıqların, seleksiya və biotexnologiya sahələrində insanın əldə etdiyi nailiyyətlərin öyrənilməsini təmin edir.
 İnsan və onun sağlamlığı
İnsan və onun sağlamlığı məzmun xətti üzrə şagirdlər insanın psixi xüsusiyyətləri, sosial mahiyyəti ilə tanış olur, insan orqanizminin bəzi funksional anormallıqları, onu doğuran səbəblər və onların aradan qaldırılma yollarını, sağlam həyat tərzinə nail olmaq, xəstəliklər, zədələnmələr zamanı özünə və ətrafındakılara ilk yardım göstərmək, reproduktiv sağlamlığı qorumaq bacarığına yiyələnmiş olurlar.
Canlılar və ətraf mühit
Canlılar və ətraf mühit məzmun xətti üzrə şagirdlər canlıların bir-biri ilə və cansız aləmlə qarşılıqlı münasibətlərini müəyyənləşdirir, təbiətlə təmasda olmaq və ondan istifadə mədəniyyətinə, ekoloji amillər və bu amillərin qarşılıqlı əlaqələri haqqında biliklərə yiyələnirlər. Əldə olunmuş bilik və bacarıqlar qlobal və regional ekoloji problemləri doğuran səbəbləri araşdırmağa imkan yaradır.
Şagirdlər Azərbaycanın flora və faunasına daxil olan canlıları tanıyır, təbiətin qorunmasında bilavasitə iştirak edirlər.
1.3. Məzmun xətləri üzrə təlim nəticələri
Ümumi orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri
 1. Canlıların quruluşu və müxtəlifliyi
Şagird:
* canlıların quruluşu, müxtəlifliyi, vahidliyi, əhəmiyyəti və təşkili səviyyələrini şərh edir;
 * canlıların kimyəvi tərkibi barədə təcrübi biliklər nümayiş etdirir.
2. Bioloji proseslər
Şagird:
* canlılara xas olan bioloji proses və xüsusiyyətləri, onlarda gedən funksional dəyişiklikləri izah edir;
 * canlılarda baş verən həyati proseslərin fiziki və kimyəvi mahiyyətini təcrübələr və hesablamalar yolu iləəyyənləşdirir.
3. İnsan və onun sağlamlığı
Şagird:
* insanın biososial təbiəti haqqında bilik və bacarıqlar nümayiş etdirir;
 * sağlam həyat tərzini nümunələrlə şərh edir, təqdimatlar hazırlayır;
 * xəstəliklər və zədələnmələr zamanı özünə və başqalarına ilk yardım göstərir.
4. Canlılar və ətraf mühit
Şagird:
* canlıların bir-birilə və ətraf aləmlə qarşılıqlı əlaqəsini izah edir, təqdimatlar hazırlayır;
 * regional ekoloji problemlər, canlılar aləminin müxtəlifliyinin qorunması ilə bağlı faktlar toplayır, təqdimatlar hazırlayır.
Tam orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri
 1. Canlıların quruluşu və müxtəlifliyi
Şagird:
* bioloji varlıqların quruluşu, müxtəlifliyi və xüsusiyyətlərinə dair tədqiqatlar aparır və nəticələrini təqdim edir;
 * canlıların kimyəvi tərkibi və orada baş verən dəyişikliklərə dair müşahidələr aparır, nəticələri barədə təqdimatlar hazırlayır.
2. Bioloji proseslər
Şagird:
* üzvi aləmin inkişafı və təkamülü ilə bağlı prosesləri şərh edir, materiallar toplayır, təqdimatlar edir;
 * bioloji proses və onlarda baş verən dəyişikliklərin mexanizmini açıqlayır, buna dair riyazi hesablamalar aparır, cədvəllər tərtib edir, diaqramlar, qrafiklər qurur.
3. İnsan və onun sağlamlığı
Şagird:
* insanın fərdi və tarixi inkişafını əlaqələndirir;
 * insanın psixi xüsusiyyətləri və onlarda baş verən dəyişikliklərin mexanizminə dair materiallar toplayır, təqdimatlar edir;
 * ailənin formalaşmasında sağlam həyat tərzinin rolunu və əhəmiyyətini izah edir, məruzə və təqdimatlar hazırlayır;
 * xəstəliklər, onlardan qorunma yolları haqqında materallar toplayır, təqdimatlar hazırlayır.
4. Canlılar və ətraf mühit
Şagird:
* təkamüldə ekoloji amillərin rolunu izah edir, məruzə və referatlar hazırlayır;
 * regional və qlobal ekoloji problemləri əlaqələndirir, referat və təqdimatlar hazırlayır.
1.4. Fəaliyyət xətləri
Fəaliyyət xətti məzmun xətlərində əks olunan biliklərin əldə edilməsində şagirdə praktik imkan yaradır. Fənnin məzmun standartları bu fəaliyyət xətləri ilə əlaqəlilik əsasında tətbiq olunur.
Biologiya fənninin tədrisində 6 fəaliyyət xətti əsas götürülür.
1. Problemin həlli
 2. Müqayisə, təhlil və tədqiq etmə
 3. Ümumiləşdirmə, təsnifetmə, mühakimə və tətbiq etmə
 4. Əməkdaşlıq və ünsiyyət
 5. Təşkil və təqdim etmə
 6. Eksperiment aparma (nəzəri biliklərin tətbiqi)
1.5. Siniflər üzrə məzmun standartları
VI sinif
VI sinfin sonunda şagird:
* canlılar aləmini öyrənən elm sahələrini fərqləndirir, canlıların quruluşunu, təsnifatını, rol və əhəmiyyətini izah edir;
 * biologiyaya dair laboratoriya avadanlıqlarını fərqləndirir;
 * bioloji proseslər və onun pozulma hallarını izah edir, sadə hesablamalar aparır;
 * canlıların təsnifat sistemində insanın yerini müəyyənləşdirməklə onu digər canlılardan fərqləndirir;
 * sağlamlığın qorunmasında bitki və heyvanların rolunu izah edir, dərman bitkilərini fərqləndirir;
 * canlıların təbii mühitlə və bir-birilə əlaqəsini izah edir;
 * bitki və heyvanlara qulluq qaydalarına əməl edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
 1.Canlıların quruluşu və müxtəlifliyi
Şagird:
1.1. Canlıların quruluşu və müxtəlifliyi haqqında biliklərə malik olduğunu nümayiş etdirir.
1.1.1. Canlılar aləmini öyrənən elm sahələrini fərqləndirir.
1.1.2. Canlıların quruluşunu təsvir edir.
1.1.3. Canlıların quruluşunu öyrənmək üçün lazım olan əsas laboratoriya avadanlıqlarını fərqləndirir.
1.1.4.Canlıların təsnifatının rol və əhəmiyyətini izah edir.
2. Bioloji proseslər
Şagird:
2.1.Bioloji proseslərin tənzimlənməsinə dair bilik və bacarıqlar nümayiş etdirir.
2.1.1. Bioloji proseslərin xüsusiyyətlərini sadalayır.
2.1.2. Maddələr mübadiləsinin pozulma hallarını izah edir.
2.1.3. Bioloji proseslərə dair sadə təcrübələr və hesablamalar aparır.
 3. İnsan və onun sağlamlığı
Şagird:
3.1. İnsanın biososial təbiəti haqqında bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. Canlıların təsnifat sistemində insanın yerini müəyyənləşdirir.
3.1.2. İnsanı sosioloji varlıq kimi digər canlılardan fərqləndirir.
3.2. Sağlamlığın qorunmasına dair bacarıqlar nümayiş etdirir.
 3.2.1. Bitki və heyvanların insan sağlamlığında rolunu izah edir.
3.2.2. Dərman bitkilərini fərqləndirir.
 4. Canlılar və ətraf mühit
Şagird:
4.1. Canlıların bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və bacarıqlar nümayiş etdirir.
4.1.1. Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah edir.
4.2. Ətraf mühitin qorunması ilə bağlı bacarıqlar nümayiş etdirir.
4.2.1. Canlıların qorunması ilə bağlı topladığı məlumatları təqdim edir.
4.2.2. Bitki və heyvanlara qulluq qaydalarına əməl edir.
VII sinif
VII sinfin sonunda şagird:
* canlılar aləmini öyrənən elm sahələrini,onların müxtəlifliyini şərh edir, sistematik kateqoriyaları fərqləndirir;
 * laboratoriya avadanlıqlarından istifadə qaydalarına əməl edir;
 * canlılarda gedən həyati prosesləri fərqləndirir, pozulma səbəblərini sadalayır, buna dair hesablamalar aparır;
 * insanı digər məməlilərlə müqayisə edir,onun ali sinir fəaliyyətini izah edir;
 * virus,bakteriya, göbələk və heyvanların törətdiyi xəstəlikləri təsvir edir,dərman bitkilərini qruplaşdırır;
 * təbiətdə baş verən fiziki və kimyəvi dəyişikliklərin canlılara təsirini izah edir;
 * canlıların qorunmasına dair müşahidələr aparır, respublikanın xüsusi mühafizə olunan təbiət ərazilərini fərqləndirir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
 1. Canlıların quruluşu və müxtəlifliyi
Sagird:
1.1. Canlıların quruluşu və müxtəlifliyi haqqında biliklərə malik olduğunu nümayiş etdirir.
1.1.1. Canlılar aləmindən bəhs edən elm sahələri barədə fikirlərini şərh edir.
1.1.2. Canlıların müxtəlifliyi haqqında mülahizələrini şərh edir.
1.1.3. Canlıların quruluşunun öyrənilməsində laboratoriya avadanlıqlarından istifadə qaydalarına əməl edir.
1.1.4. Canlıların sistematik kateqoriyalarını fərqləndirir.
2. Bioloji proseslər
Sagird:
2.1. Bioloji proseslərin tənzimlənməsinə dair bilik və bacarıqlar nümayiş etdirir.
2.1.1. Müxtəlif canlılarda gedən həyati prosesləri fərqləndirir.
2.1.2. Maddələr mübadiləsinin pozulma səbəblərini sadalayır.
2.1.3. Bioloji proseslərdə baş verən dəyişikliklərə dair hesablamalar aparır və nəticələri ümumiləşdirir.
3. İnsan və onun sağlamlığı
Sagird:
3.1. İnsanın biososial təbiəti haqqında bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. İnsanı digər məməlilərlə müqayisə edir.
3.1.2. İnsanın ali sinir fəaliyyətini izah edir.
3.2. Sağlamlığın qorunmasına dair bacarıqlar nümayiş etdirir.
 3.2.1. Virus, bakteriya, göbələk və heyvanların insan orqanizmində törətdiyi xəstəlikləri sadalayır.
 3.2.2. Müalicəvi xassələrinə görə dərman bitkilərini qruplaşdırır.
 4. Canlılar və ətraf mühit
Şagird:
4.1. Canlıların bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və bacarıqlar nümayiş etdirir.
4.1.1. Təbiətdə baş verən fiziki, kimyəvi dəyişikliklərin canlılara təsirini izah edir.
4.2. Ətraf mühitin qorunması ilə bağlı bacarıqlar nümayiş etdirir.
4.2.1. Yerli şəraitdə canlıların qorunmasına dair müşahidələr əsasında mülahizərini şərh edir.
4.2.2. Respublikanın flora və faunasının qorunma yollarını fərqləndirir.
VIII sinif
VIII sinfin sonunda şagird:
* insanı öyrənən elm sahələrini, onun orqanizminin təşkil səviyyələrini şərh edir;
 * canlıların quruluşunu öyrənmək üçün təcrübələr aparır;
 * canlıların nəsil ağacını tərtib edir;
 * insan orqanizmində gedən bioloji prosesləri şərh edir, buna dair riyazi hesablamalar aparır;
 * canlılara xas psixoloji anlayışları fərqləndirir;
 * sağlamlığın qorunması qaydalarını izah edir, xəstəliklər və zədələnmələr zamanı ilkin yardım göstərir;
 * mühit amillərinin insan orqnizminə təsirini izah edir;
 * ətraf aləm və onun təmizliyinin qorunması qaydalarına əməl edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Canlıların quruluşu və müxtəlifliyi
Şagird:
1.1. Canlıların quruluşu və müxtəlifliyi haqqında biliklərə malik olduğunu nümayiş etdirir.
1.1.1. İnsanı öyrənən elm sahələrini (anatomiya, fiziologiya, gigiyena, psixologiya) şərh edir və kiçik təqdimatlar hazırlayır.
1.1.2. İnsan orqanizminin təşkil səviyyələrini təsvir edir.
1.1.3. Canlıların quruluşunu öyrənmək üçün təcrübələr aparır və nəticələrini izah edir.
1.1.4. Canlıların nəsil ağacını tərtib edir.
2. Bioloji proseslər
Şagird:
2.1. Bioloji proseslərin tənzimlənməsinə dair bilik və bacarıqlar nümayiş etdirir.
2.1.1. İnsan orqanizmində baş verən bioloji prosesləri izah edir.
2.1.2. Zərərli vərdişlərin insan orqanizminə mənfi təsirini izah edir.
2.1.3. İnsan orqanizmində baş verən bioloji proseslərə dair təcrübələr və riyazi hesablamalar aparır və nəticələrini ümumiləşdirir.
3. İnsan və onun sağlamlığı
Şagird:
3.1. İnsanın biososial təbiəti haqqında bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. İnsanın formalaşmasında əməyin rolunu izah edir.
3.1.2. “ İnstinkt”, ”Düşüncəli fəaliyyət” və “ təfəkkür” anlayışlarını fərqləndirir.
3.2. Sağlamlığın qorunmasına dair bacarıqlar nümayiş etdirir.
3.2.1. Sağlamlığın qorunması qaydalarını izah edir.
3.2.2. Xəstəliklər, zədələnmələr zamanı ilkin yardım göstərir.
4. Canlılar və ətraf mühit
Şagird:
4.1. Canlıların bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və bacarıqlar nümayiş etdirir.
4.1.1. Mühit amillərini və onun insan orqanizminə təsirini izah edir.
4.2. Ətraf mühitin qorunması ilə bağlı bacarıqlar nümayiş etdirir.
4.2.1. Ətraf mühitin çirklənməsi və mühafizəsinə dair mülahizələrini şərh edir.
4.2.2. Gündəlik həyatda ətraf aləm və onun təmizliyinin qorunması qaydalarına əməl edir.
IX sınif
IX sinfın sonunda şagird:
* canlıları öyrənən elm sahələrinin (sitologiya, histologiya, biokimya) xüsusiyyətlərini, canlıların kimyəvi tərkibini, mikrotəkamülü, müasir laboratoriya avadanlıqlardan istifadə qaydalarını izah edir;
 * bioloji prosesləri, orada baş verən dəyişiklikləri izah edir, riyazi üsullarla əsaslandırır;
 * insanın formalaşmasında sosial amillərin rolunu və ali sinir fəaliyyətinin mexanizmini şərh edir;
 * irsi xəstəlikləri, onların qarşısının alınması yollarını, sağlam həyat tərzinin əhəmiyyətini izah edir;
 * regional ekoloji problemlərl, ekoloji amillərin canlıların həyatında rolunu izah edir, növlərin müxtəlifliyinin qorunmasına dair topladığı faktları təqdim edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
 1. Canlıların quruluşu və müxtəlifliyi
Şagird:
1.1. Canlıların quruluşu və müxtəlifliyi haqqında biliklərə malik olduğunu nümayiş etdirir.
1.1.1. Canlıları öyrənən elm sahələri (genetika, sitologiya, histalogiya, biokimya) barədə məlumat toplayır və təqimatlar hazırlayır.
1.1.2. Canlıların kimyəvi tərkibini şərh edir.
1.1.3. Canlıların quruluşunun öyrənilməsinə dair laboratoriya işlərində müasir avadanlıqlardan istifadə qaydalarını izah edir.
1.1.4. Mikrotəkamülü izah edir və ona dair təqdimatlar hazırlayır.
2. Bioloji proseslər
Şagird:
2.1. Bioloji proseslərin tənzimlənməsinə dair bilik və bacarıqlar nümayiş etdirir.
2.1.1. Bioloji proseslərin mahiyyət və məzmunu ilə bağlı təqdimatlar hazırlayır.
2.1.2. Maddələr mübadiləsinin pozulma səbəblərini faktlarla izah edir və təqdimatlar hazırlayır.
2.1.3. Bioloji proseslərin mahiyyəti və məzmununu, baş verən dəyişiklikləri riyazi üsullarla əsaslandırır.
1. İnsan və onun sağlamlığı
3.1. İnsanın biososial təbiəti haqqında bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. İnsanın formalaşmasında sosial amillərin rolu və əhəmiyyətinə dair təqdimatlar hazırlayır.
3.1.2. İnsanın ali sinir fəaliyyətinin mexanizmini şərh edir və təqdimatlar hazırlayır.
3.2. Sağlamlığın qorunmasına dair bacarıqlar nümayiş etdirir.
3.2.1. İrsi xəstəliklər, onların qarşısının alınması yollarını faktlarla izah edir.
3.2.2. Sağlam həyat tərzinin əhəmiyyətini şərh edir, referatlar hazırlayır.
 4. Canlılar və ətraf mühit
Şagird:
4.1. Canlıların bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və bacarıqlar nümayiş etdirir.
4.1.1. Ekoloji amillərin canlıların həyatında rolunu şərh edir, təqdimatlar hazırlayır.
4.2. Ətraf mühitin qorunması ilə bağlı bacarıqlar nümayiş etdirir.
4.2.1. Regional ekoloji problemlərlə bağlı müşahidələrini ümumiləşdirib, təqdimatlar hazırlayır.
4.2.2. Azərbaycanda canlılar aləminin növ müxtəlifliyinin qorunması ilə bağlı faktları toplayıb təqdimatlar hazırlayır.
X sinif
X sinfin sonunda şagird:
* canlıları öyrənən elm sahələrinin (embriologiya, polintologiya, genetika) xüsusiyyətlərinə, makrotəkamülə dair topladığı məlumatları təqdim edir;
 * canlıların kimyəvi tərkibində baş verən dəyişiklikləri müasir avadanlıqlardan istifadə etməklə izah edir;
 * bioloji proseslərin, onda baş verən dəyişikliklərin mexanizmini şərh edir;
 * insanın tarixi inkişaf mərhələlərini, insanda baş verən psixi dəyişiklikləri izah edir;
 * yoluxucu xəstəliklər, onlardan qorunma yolları haqqında materiallar toplayır, sağlam həyat tərzində gigiyena qaydalarının rolunu və əhəmiyyətini dəyərləndirir;
 * ekoloji problemlərin aradan qaldırılmasının irsi xəstəliklərin azalmasına təsirini əsaslandırır;
 * qlobal ekoloji problemler və onların həlli yollarını, ekoloji tarazlığın qorunmasının əhəmiyyətini şərh edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Canlıların quruluşu və müxtəlifliyi:
Şagird:
1.1. Canlıların quruluşu və müxtəlifliyi haqqında biliklərə malik olduğunu nümayiş etdirir.
1.1.1. Canlıları öyrənən elm sahələrinin (embriologiya, polintologiya, genetika) xüsusiyyətlərinə dair məlumatlar toplayır, təqdimatlar hazırlayır.
1.1.2. Canlıların kimyəvi tərkibində baş verən dəyişiklikləri izah edir, təqdimatlar hazırlayır.
1.1.3. Müasir avadanlıqlardan istifadə etməklə canlıların kimyəvi tərkibində baş verən dəyişiklikləri müşahidə edir, təqdimatlar hazırlayır.
1.1.4. Makrotəkamül haqqında məlumat toplayır və təqdimat hazırlayır.
2. Bioloji proseslər
Şagird:
2.1. Bioloji proseslərin tənzimlənməsinə dair bilik və bacarıqlar nümayiş etdirir.
2.1.1. Bioloji proseslərin mexanizmini şərh edir, məruzə və təqdimatlar hazırlayır.
2.1.2. Maddələr mübadiləsində baş verən dəyişikliklərin mexanizmini şərh edir, təqdimatlar hazırlayır.
2.1.3. Bioloji proseslərdə baş verən dəyişikliklərin mexanizmini müxtəlif üsullarla əsaslandırır.
3. İnsan və onun sağlamlığı
Şagird:
3.1. İnsanın biososial təbiəti haqqında bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. İnsanın tarixi inkişaf mərhələlərini müqayisəli şərh edir, məruzə və referatlar hazirlayır.
3.1.2. İnsanda baş verən psixi dəyişiklikləri faktlarla izah edir, referatlar hazırlayır.
3.2. Sağlamlığın qorunmasına dair bacarıqlar nümayiş etdirir.
3.2.1. Yoluxucu xəstəliklər, onlardan qorunma yolları haqqında referat, təqdimat hazırlayır.
3.2.2. Sağlam həyat tərzində gigiyena qaydalarının rolunu və əhəmiyyətini dəyərləndirir, məruzə və təqdimatlar hazırlayır.
 4. Canlılar və ətraf mühit
Şagird:
4.1. Canlıların bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və bacarıqlar nümayiş etdirir.
4.1.1. Ekoloji problemlərin aradan qaldırılmasının irsi xəstəliklərin azalmasına təsirini əsaslandırır.
4.2. Ətraf mühitin qorunması ilə bağlı bacarıqlar nümayiş etdirir.
4.2.1. Qlobal ekoloji problemlər və onların həlli yolları haqqında təqdimatlar edir.
4.2.2. Təbii şəraitdə ekoloji tarazlığın qorunmasının əhəmiyyətini şərh edir, referatlar hazırlayır.
XI sinif
 XI sinfin sonunda şagird:
* canlıları öyrənən elm sahələrinin (seleksiya, biotexnologiya, bionika, mikrobiologiya) xüsusiyyətlərini, nailiyyətlərini müasir avadanlıqlardan istifadə etməklə şərh edir;
 * yer üzərində həyatın əmələ gəlməsini şərh edir, canlıların kimyəvi tərkibinə, baş verən dəyişikliklərə dair müşahidələrinin nəticələrini təqdim edir;
 * bioloji proseslərin, baş verən dəyişikliklərin fərqli mexanizmlərinin xüsusiyyətlərini müqaisəli şərh edir, riyazi üsullarla əsaslandırır;
 * insanın fərdi və tarixi inkişafının, psixi proseslər və orada baş verən dəyişikliklərin müqayisəli şərhinə dair təqdimatlar edir;
 * insan orqanizmində baş verən xəstəliklərin hüceyrə səviyyəsində olduğunu əsaslandırır, sağlam ailənin qurulmasında sağlam həyat tərzinin rolunu dəyərləndirir;
 * təbii seçməni yaşamaq uğrunda mübarizənin nəticəsi kimi əsaslandırır, regional və qlobal ekoloji problemləri əlaqələndirir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Canlıların quruluşu və müxtəlifliyi
Şagird:
1.1. Canlıların quruluşu və müxtəlifliyi haqqında biliklərə malik olduğunu nümayiş etdirir.
1.1.1. Canlıları öyrənən elm sahələrini (seleksiya, biotexnologiya, mikrobiologiya, bionika) xüsusiyyətlərini şərh edir, təqdimatlar hazırlayır.
1.1.2. Canlıların kimyəvi tərkibi və orada baş verən dəyişikliklərə dair müşahidələr aparır, nəticələri barədə təqdimatlar edir.
1.1.3. Müasir avadanlıqlardan istifadə etməklə canlıları öyrənən elm sahələrinin nailiyyətlərinə dair məruzə və təqdimatlar hazırlayır.
1.1.4. Yer üzərində həyatın əmələ gəlməsinə dair fikirləri müqayisəli şəkildə şərh edir.
2. Bioloji proseslər
Şagird:
2.1. Bioloji proseslərin tənzimlənməsinə dair bilik və bacarıqlar nümayiş etdirir.
2.1.1. Bioloji proseslərin mexanizminin müqaisəli şərhinə dair referat və təqdimatlar hazırlayır.
2.1.2. Maddələr mübadiləsində baş verən dəyişikliklərin fərqli mexanizmlərini müqayisəli şəkildə şərh edir, məruzə təqdimatlar hazırlayır.
2.1.3. Bioloji prosesdə baş verən pataloji dəyişikliklərin fərqli mexanizmlərinin xüsusiyyətlərini riyazi üsullarla əsaslandırır və təqdimatlar hazırlayır.
3. İnsan və onun sağlamlığı
Şagird:
3.1. İnsanın biososial təbiəti haqqında bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. İnsanın fərdi və tarixi inkişafına dair müqayisələr aparır, təqdimatlar edir.
3.1.2. Psixi proseslər və orada baş verən dəyişiklikləri müqayisəli şərh edir və referatlar hazırlayır.
3.2. Sağlamlığın qorunmasına dair bacarıqlar nümayiş etdirir.
3.2.1. İnsan orqanizmində baş verən xəstəliklərin hüceyrə səviyyəsində olduğunu əsaslandırır, məruzə və təqdimatlar hazırlayır.
3.2.2. Sağlam ailənin qurulmasında sağlam həyat tərzinin rolunu dəyərləndirir, məruzə və təqdimatlar hazırlayır.
 4. Canlılar və ətraf mühit
Şagird:
4.1. Canlıların bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və bacarıqlar nümayiş etdirir.
4.1.1. Təbii seçməni yaşamaq uğrunda mübarizənin nəticəsi kimi əsaslandırır, məruzə və referatlar hazırlayır.
4.2. Ətraf mühitin qorunması ilə bağlı bacarıqlar nümayiş etdirir.
4.2.1. Ekoloji problemlərin qlobal xarakterini dəyərləndirir, məruzə və təqdimatlar hazırlayır.
4.2.2. Regional və qlobal ekoloji problemləri əlaqələndirir, referat və təqdimatlar hazırlayır.

(ardı var)

Hiç yorum yok:

Yorum Gönder